Keçmiş Baş nazir koronavirusdan vəfat edib
Tarix: 26-11-2020 08:42 | Bölmə: Dünya
Keçmiş Baş nazir koronavirusdan vəfat edib

Sudanın keçmiş Baş naziri, müxalifət “Ümmət” partiyasının lideri Sadik əl-Mehdi koronavirusdan vəfat edib.

Reyting.az
-ın məlumatına görə, bu barədə Sudanın “Al-Sudani” nəşri xəbər verib. Bildirilir ki, noyabrın əvvəlində Sadik əl-Mehdidə koronavirus aşkarlanıb.

84 yaşlı partiya sədrinin çərşənbə günü səhhəti pisləşib. “Al-Arabiya” telekanalının məlumatına görə, keçmiş baş nazir BƏƏ-də dünyasını dəyişib.

Xatırladaq ki, Sadiq əl-Mehdi iki dəfə Sudanın Baş naziri (1966-1967 və 1986-1989) olub. O, Ömər əl-Bəşirin hakimiyyətdə olduğu illərdə Sudan müxalifətinin ən nüfuzlu liderlərindən biri idi.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər