ABŞ Yaxın Şərqdə ən böyük hərbi bazasını tikir
Tarix: 26-11-2020 17:44 | Bölmə: Dünya
ABŞ Yaxın Şərqdə ən böyük hərbi bazasını tikir

ABŞ Ərbildə yerləşən “Əl-Harir” bazasını yeni raketlər quraşdırmaq üçün genişləndirir.

Reyting.az
xəbər verir ki, bu barədə İraq mətbuatı yazıb.

Yerli mənbələr bildirirlər ki, ABŞ Ərbildə yeni hərbi hava limanı da qurur.

Buna paralel olaraq, ABŞ yeni raket sistemləri və təlim platformalarını inkişaf etdirmək üçün “Əl-Harir” bazasını genişləndirir.

Müşahidəçilər Pentaqonun bu hərəkətlərini ABŞ-ın Şimali İraq Kürd Muxtariyyətində daha uzun müddət qalmaq niyyəti ilə əlaqələndirirlər. Ehtimal edirlər ki, ABŞ buranı bölgədəki ən böyük hərbi bazası halına gətirəcək və regionda Pentaqon üçün alternativ baza imkanlarını təmin edəcək.

Mənbə iddi edir ki, ABŞ “Əl-Hərir” bazasını İraq və Yaxın Şərqdəki ən böyük bazalardan birinə çevirməyi hədəfləyir, eyni zamanda yeni dizaynla hava limanı qurmaqla daha çox hərbi personalını burada yerləşdirməyə şərait yaradır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}