Erməni deputat Paşinyan hökumətindən şübhələnir
Tarix: 26-11-2020 18:01 | Bölmə: Dünya
Erməni deputat Paşinyan hökumətindən şübhələnir

“Ermənistan hökuməti və müxalifəti bölgədə Rusiyanın hərbi kontingentinin olmasını, xüsusən də rus sülhməramlılarının Qarabağa gəlməsini məmnuniyyətlə qarşılayıb. Bu halda hökumətin bu ilin sentyabr ayının sonundan ölkədə tətbiq etdiyi hərbi vəziyyət rejimini ləğv etmək istəmədiyi ortaya suallar çıxarır”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan parlamentindəki çıxışı zamanı deputat Tiqran Urihanyan “Hərbi vəziyyətin ləğvi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat, Paşinyan hökumətinə Ermənistanın strateji tərəfdaşı olan Rusiyanın hərbi iştirakı ilə üzərinə götürüyü öhdəlikləri yerinə yetirməsindən qorxub-qorxmadığını da soruşub.

“Belə çıxır ki, Ermənistan hökuməti müttəfiqi Rusiyaya etibar etmir? Əgər belə bir qorxu yoxdursa, o zaman niyə ölkə hakimiyyəti hərbi vəziyyət rejimini aradan qaldırmır?”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər