Avropa çempionatı: iki gimnastımız finala yüksəlib
Tarix: 26-11-2020 19:36 | Bölmə: Dünya
Avropa çempionatı: iki gimnastımız finala yüksəlib

Bu gün Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı start götürüb.

Məlumata görə, yeniyətmələrin mübarizəsində Azərbaycanın 2 gimnastı finala vəsiqə qazanıb.

Lentlə hərəkətlərdə Nərmin Bayramova, topla hərəkətlərdə Alina Gözəlova həlledici mərhələyə yüksəlib. Bayramova 19.150, Gözəlova isə 21.200 xalla ilk "8-liy"ə düşməyi bacarıblar.

Axşam seansında çoxnövçülük üzrə komanda yarışları baş tutacaq. Azərbaycan yığmasının heyətində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina xalça üzərinə çıxacaq/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər