Əsgər analarının Paşinyanın ofisi qarşısında aksiyası başlayıb: “Övladlarımızı Qarabağdan gətirin!” - Video
Tarix: 28-11-2020 14:12 | Bölmə: Dünya
Əsgər analarının Paşinyanın ofisi qarşısında aksiyası başlayıb: “Övladlarımızı Qarabağdan gətirin!”

Bu saatlarda Ermənistanın hökumət binası qarşısında aksiya başlayıb.

Reyting.az
Ermənistan mətbuatına istinadla xəbər verir ki, aksiyada əsasən övladları hərbi xidmətdə olan valideynlər iştirak edirlər.

“Qoy bizə cavab versinlər, uşaqlarımızın vəziyyəti necədir və orada nə qədər qalmalıdırlar? Hər gün gəlib deyirlər ki, kəndi tərk edin. Gəlib bu uşaqları götürsələr, biz kimdən nə tələb edəcəyik? Biz əsirlərimizi geri qaytara bilmədik. İndi uşaqlarımızı orada girov qoymalıyıq?”,- bunu etirazçılardan biri deyib. O, əlavə edib ki, oğlu 1,8 aydır ki, Əsgəranda xidmət edir.

Digər valideyn Lusine Haroyan deyib ki, dünən beş nəfər Baş nazir Nikol Paşinyanla görüşüb, ancaq müzakirələr onları qane etməyib: “Baş nazir iki gün vaxt istədi, lakin danışıqları aparan valideynlər cavabın mənfi olacağına əmindirlər. Eynən Laçınla bağlı məsələ... Baş nazir Laçının Ermənistanın nəzarətində qalacağına əminlik ifadə etdi. Lakin bu gün yayılan videolardan görünür ki, sakinlər evlərini tərk edirlər. Laçının bizdə qaldığına dair açıq məlumatlar varsa, insanlar niyə oranı tərk edirlər?”.

Başqa bir valideyn isə bildirib ki, oğlu əvvəl Cəbrayılda xidmət edib, artilleriya qoşunlarının tərkibində vuruşub. Sonra Şuşaya gətirilib. Hazırda Ağdərə istiqamətində ya postadır, ya da uşaq bağçasına yerləşdiriliblər.

Qeyd edək ki, erməni əsgərlərinin valideynləri dünən də Müdafiə Nazirliyinin binası qarşısında aksiya keçiriblər. Onlar övladlarının Qarabağdan Ermənistana gətirilməsini tələb edirdilər.



Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər