Erməni hərbçinin anası: "Uşaqlarımızdan istifadə edib, lazımsız əşya kimi atdılar”
Tarix: 28-11-2020 22:21 | Bölmə: Dünya
Erməni hərbçinin anası: "Uşaqlarımızdan istifadə edib, lazımsız əşya kimi atdılar”

Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyan bir az əvvəl hökumət binası qarşısında etiraz aksiyası keçirən hərbi çağırışçıların valideynlərini qəbul edib. Ancaq valideynlər görüşün nəticəsindən narazıdır.

Reyting.az
erməni KİV-lərinə istinadla xəbər verir ki, Gevorqyan əsgərlərin xidmətlərini Qarabağda xidmətə çağırılan hərbçilərlə eyni qaydada davam etdirəcəklərini bildirib.

Hərbçilərdən birinin anası Armine Avakyan jurnalistlərə deyib ki, Ermənistan vətəndaşı olan hərbi qulluqçuların Qarabağdan qaytarılmasını tələb edir: “Uşaqlarımızı müharibədən sonrakı təhlükədə itirmək üçün dünyaya gətirmədik. Uşaqlarımızdan istifadə edib, lazımsız əşya kimi atdılar”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər