Əli Şəmxani: “Cinayəti törədən “Mossad”dır”
Tarix: 30-11-2020 16:02 | Bölmə: Dünya
Əli Şəmxani: “Cinayəti törədən “Mossad”dır”

“Kəşfiyyat xidmətləri Möhsün Fəxrizadəyə sui-qəsd cəhdi barədə əvvəlcədən məlumat almışdı”.

Reyting.az
IRIB-ə istinadla xəbər verir ki, bunu İranın Ali Təhlükəszilik Şurasının katibi admiral Əli Şəmxani bildirib.

Şura katibinin sözlərinə görə, son 20 il ərzində iranlı alimə bir neçə uğursuz qəsd cəhdləri olub. "Bu dəfə də ölkənin kəşfiyyat xidmətləri qəsd ehtimalını proqnozlaşdırmışdı, lakin informasiyaya lazımi ciddilik göstərilməyib".

Əli Şəmxani əlavə edib: "Kəşfiyyat xidmətləri sui-qəsd haqqında əvvəlcədən məlumat almış, şəhid Fəxrizadənin qorunması gücləndirilmişdi, lakin bu dəfə düşmən peşəkar bir üslubdan istifadə edib əməlinə müvəffəq oldu".

Ali Milli Təhlükəsizlik Şurasının katibi nüvə aliminin qisasının alınacağını bildirib. Şübhəsiz ki, cinayətkar İsrail və “Mossad”dır”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər