Arman Musinyan: “Erməni xalqı Paşinyanı heç vaxt bağışlamayacaq”
Tarix: 30-11-2020 16:10 | Bölmə: Dünya
Arman Musinyan: “Erməni xalqı Paşinyanı heç vaxt bağışlamayacaq”

“Erməni xalqı Nikol Paşinyanı heç vaxt bağışlamayacaq”.

Reyting.az
xəbər verir ki, bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosiyanın mətbuat katibi Arman Musinyan deyib.

“Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamasına cavab olaraq bildirirəm ki, Levon Ter-Petrosyan millət üçün ölümcül olan bədbəxtliyin zehni sarsıntılarına münasibət bildirməyi mənasız hesab edir”,- Levon Ter-Petrosyanın mətbuat katibi bildirib.

Mətbuat katibi əlavə edib ki, Nikol Paşinyan istədiyini danışsın: “Onsuz da bəhanə gətirməyə yolu yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq”.

Xatırladaq ki, bu gün səhər saatlarında Baş nazir Nikol Paşinyan özünün Feysbuk səhifəsində Levon Ter-Petrosyan və Robert Köçəryanın müharibə vaxtı Moskvaya getmək niyyətləri haqqında fikirlərini yazıb. Baş nazir deyib ki, özü bu səfərə etiraz etməyib, hətta hökumət təyyarəsi ayırmağa hazır olduğunu bildirib: “Amma sonradan məsələ qaldırıldı ki, sabiq prezidentlər vasitəçi kimi Moskvaya getmək istəyirlər. Mən hər gün Rusiya prezidenti ilə əlaqə saxlayırdım. Mənim deyə bilmədiyim hansı sözümü vasitəçi kimi Vladimir Putinə deyəcəkdilər?”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər