Keçmiş prezident azadlığa buraxılıb
Tarix: 30-11-2020 17:01 | Bölmə: Dünya
Keçmiş prezident azadlığa buraxılıb

Qırğız Respublikasının Ali Məhkəməsi keçmiş prezident Almazbek Atambayev barəsində çıxarılmış 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasını ləğv edib.

Bu barədə “RİA Novosti”yə məhkəmənin dəftərxanasından bildiriblər.

Qeyd edək ki, A.Atambayev 2011-2017-ci illərdə Qırğız Respublikasına rəhbərlik edib. O, 2019-cu ilin 8 avqustunda Koy-Taş Çuysk əyalətinin kəndindəki iqamətgahında saxlanılıb. Eks-prezidentə qarşı bir sıra ittihamlar irəli sürülüb və o, azadlıqdan məhrum olunub. A.Atambayev dəfələrlə bildirmişdi ki, bu ittihamları siyasi təqib hesab edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər