Mayya Sandu: “Rus qoşunları Moldovadan çıxmalıdır”
Tarix: 30-11-2020 19:34 | Bölmə: Dünya
Mayya Sandu: “Rus qoşunları Moldovadan çıxmalıdır”

"Dnestryanıda Rusiyanın operativ qrupu var, Moldova tərəfində bu qrupla bağlı heç bir razılaşma olmayıb. Bu qoşunlar və silahlar Moldova ərazisindən çıxarılmalıdır".

Reyting.az
“RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu Moldovanın yeni seçilən prezidenti Mayya Sandu deyib.

Sandunun sözlərinə görə, bu məsələni Moskva ilə müzakirə etmək niyyətindədir.

O, bölgədəki sülhməramlı missiyanın mülki missiyaya çevrilməli olduğunu da qeyd edib. “Dnestryanıda uzun müddətdir hərbi əməliyyatlar təhlükəsi yoxdur, sülhməramlı missiya ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) himayəsi altında mülki vəziyyətə gətirilməlidir. Bu, Moldovanın mövqeyidir”.

Qeyd edək ki, Dnestryanıdakı münaqişəni həll etmək üçün rus sülhməramlılarını oradan geri çəkməyin lazım olduğunu Sandu əvvəllər "Avropa Həqiqəti" nəşrinə verdiyi müsahibəsində də bildirib. Prezident İqor Dodon bunu ciddi səhv adlandırıb. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Zaxarova, öz növbəsində, Moskvanın seçilmiş Moldova prezidentinin sözlərini bölgədəki həll prosesinə xələl gətirdiyini düşündüyünü vurğulayıb. O, Dnestryanı bölgəsində Rusiya qoşunlarının əməliyyat qrupunun mövcudluğunu, "ortaq sülhməramlı qüvvələrin bir hissəsi olaraq Rusiya sülhməramlı kontingentini təmin etdiyini" xatırladıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər