Gürcüstanın maliyyə naziri və müavini koronavirusa yoluxub
Tarix: 30-11-2020 20:14 | Bölmə: Dünya
Gürcüstanın maliyyə naziri və müavini koronavirusa yoluxub

Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin koronavirusa yoluxması təsdiqlənib.

Bu barədə ölkənin Maliyyə Nazirliyindən bildirilib.

Məlumata əsasən, nazir özünü yaxşı hiss edir və işini distant rejimdə davam etdirir.

Nazirlikdən qeyd olunub ki, İ.Maçavarianinin müavini Giorgi Kakauridzedə də COVID-19 aşkarlanıb və o da ev şəraitində müalicə olunur/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər