Messi növbəti Çempionlar Liqası oyununu buraxacaq
Tarix: 01-12-2020 17:33 | Bölmə: Dünya
Messi növbəti Çempionlar Liqası oyununu buraxacaq

İspaniya "Barselona"sı UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda səfərdə Macarıstanın "Ferentsvaroş" komandası ilə matda bir neçə futbolçusunun xidmətindən yararlanmayacaq.

Məlumata görə, baş məşqçi Ronald Kuman qapıçı Mark-Andre ter Ştegen, yarımmüdafiəçi Filippe Koutinyo və kapitan Lionel Messini Budapeştə aparmayacaq. Kuman oyunçulara istirahət verməli olduğunu düşünərək bu addımı atıb.

Qeyd edək ki, dekabrın 2-də keçiriləcək "Ferentsvaroş" - "Barselona" qarşılaşması Baı vaxtı ilə saat 24:00-da başlayacaq. Lionel Messi Ukraynada Kiyev "Dinamo"sunu 4:0 hesabı ilə məğlub etdikləri IV tur matçını da buraxmışdı/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}