Latviyada vəziyyət gərgindir: fövqəladə vəziyyətin müddəti uzadılıb
Tarix: 02-12-2020 09:00 | Bölmə: Dünya
Latviyada vəziyyət gərgindir: fövqəladə vəziyyətin müddəti uzadılıb

Latviyada yeni növ koronavirus infeksiyası ilə bağlı tətbiq olunan fövqəladə vəziyyət yanvarın 11-dək uzadılıb.

Reyting.az
xəbər verir ki, müvafiq qərar hökumət və Böhran İdarəetmə Şurasının birgə iclasında qəbul edilib.

İclasdan sonra jurnalistlərə müsahibə verən Baş nazir Krişyanis Kariniş bildirib ki, Latviyada koronavirusun yayılması ilə bağlı vəziyyət son dərəcə ciddidir və bu səbəbdən hökumət insanlar arasında təmasları azaltmaq, infeksiya zəncirlərini qırmaq üçün fövqəladə vəziyyəti uzatmağa və məhdudiyyətləri sərtləşdirməyə məcburdur.

Latviya hökuməti həmçinin, mövcud məhdudiyyətlərin sərtləşdirilməsi lə bağlı da qərar qəbul edib.

Belə ki, bundan sonra evlər istisna olmaqla bütün bağlı məkanlarda tibbi maskaların taxılması məcburidir.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər