16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
NATO XİN başçılarının toplantısı: Cavuşoğlu ilə Pompeo arasında mübahisə yaşanıb
Tarix: 02-12-2020 20:52 | Bölmə: Dünya
NATO XİN başçılarının toplantısı: Cavuşoğlu ilə Pompeo arasında mübahisə yaşanıb

“NATO-ya müttəfiq bir ölkənin vəzifədən getməkdə olan bir dövlət adamının belə bir davranışı heç layiqli olmadı. Bəlli ki, Pompeonun bu açıqlamaları Yunanıstan və Fransaya son səfərlərində koordinasiya olunub”.

Bu barədə NATO ölkələrinin xarici işlər nazirlərinin (XİN) toplantısında ABŞ Dövlət Katibi Mayk Pompeonun Türkiyəni tənqid etməsi ilə bağlı Türkiyənin diplomatik mənbələrindən verilən açıqlamada bildirilib.

Diplomatik mənbələrdən “CNN Türk”ə bildirilib ki, sözügedən toplantıda M.Çavuşoğlu ilə M.Pampeo arasında mübahisə yaşanıb.

M.Pompeo Türkiyəni S-400 hava sistemini almaqla bağlı tənqid etdikdən sonra M.Cavuşoğlu onun bütün tənqidi ifadələrini cavablandırıb.

Bildirib ki, havadan müdafiə sistemi mövzusunda müttəfiqləri Türkiyəyə dəstək vermədikləri üçün ölkəsi S-400 almaq məcburiyyətində qalıb: “Tramp belə bu məsələdə Türkiyəyə haqq verdi”.

Suriya ilə bağlı aralarında yaranan mübahisədə isə M.Cavuşoğlu “Suriyada terror təşkilatlarını dəstəkləyirsiniz, bunu yüksək hərbi dairələriniz belə etiraf edir”, - deyə M.Pompeoya cavab verib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}