09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Rusiya casus kimi tutulan alimə görə cərimələnib
Tarix: 03-12-2020 13:04 | Bölmə: Dünya
Rusiya casus kimi tutulan alimə görə cərimələnib

Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyanı növbəti dəfə cərimələyib.

Novator.az saytı Avropa Məhkəməsinin internet səhifəsinə istinadla xəbər verir ki, qərar 2001-ci ildə tutulan və dövlətə xəyanətdə təqsirli bilinərək 14 il azadlıqdan məhrum edilən rusiyalı fizik Valentin Danilovun işi ilə bağlıdır.

Danilov 2012-ci ildə vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Avropa Məhkəməsi belə qənaətə gəlib ki, Rusiya məhkəmələrində Danilova qarşı qərar əsaslı araşdırma aparılmadan, tutarlı dəlillər təqdim edilmədən çıxarılıb, bununla da Avropa Konvensiyasının müddəaları pozulub.

Avropa Məhkəməsi Rusiya dövlətinin Danilova 21 min avro məbləğində təzminat ödəməsinə qərar verib.

Valentin Danilov Krasnoyarsk Dövlət Texniki Universitetində istilik fizikası mərkəzinin direktoru işləyib. O, uzun müddət Yerin süni peyki üzərində müasir kosmik modellərin işlənib hazırlanması ilə məşğul olub və bir çox uğurlara imza atıb.

Danilov və bir neçə həmkarı Çin dövlətinin lehinə casusluq etməkdə ittiham olunaraq tutulub. Rusiya məhkəmələri onları dövlətə xəyanətdə təqsirli bilsə də, Danilov qanunsuz heç nə etmədiklərini, əvvəlcədən bağlanan müqavilə əsasında Çinin eksport-import şirkətinin maşınqayırma bölməsi ilə birlikdə iş aparıldığını, tədiqata uyğun məlumat mübadiləsi etdiklərini deyib.

Rusiya xüsusi xidmət orqanları isə Danilovun casus şəbəkəsinə başçılıq etdiyini iddia ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər