09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Slovakiya polisinin keçmiş rəhbəri ilə Kəşfiyyat xidməti rəisinin müavini həbs edilib
Tarix: 03-12-2020 16:06 | Bölmə: Dünya
Slovakiya polisinin keçmiş rəhbəri ilə Kəşfiyyat xidməti rəisinin müavini həbs edilib

Slovakiya polisinin keçmiş rəhbəri Milan Luçanski, Kəşfiyyat və əks-kəşfiyyat Xidməti direktorunun müavini Boris Benya korrupsiyada şübhəli bilinərək həbs olunublar.

"RİA Novosti” xəbər verir ki, bu barədə yerli polis bildirib.

M Luçanski dekabrın 2-də Xorvatiyaya qaçmışdı. Ancaq dekabrın 3-də Bratislava qayıdaraq polisə təslim olub. O, 2018-ci ilin iyunundan 2020-ci ilin avqustunadək Slovakiya polisinə başçılıq edib. Ölkənin M.Luçanskidən əvvəlki polis rəisi Tibor Gaspar da həbs olunub.

Boris Benya ilə birlikdə Slovakiya İnformasiya Xidmətinin (Kəşfiyyat və əks-kəşfiyyat Xidməti) yüksək vəzifəli daha 3 əməkdaşı da həbs edilib.

Onlar Slovakiyada kölgə iqtisadiyyatı ilə əməkdaşlıqda şübhəli bilinirlər/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər