07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Adolf Hitler seçkilərdə qalib gəlib
Tarix: 03-12-2020 16:45 | Bölmə: Dünya
Adolf Hitler seçkilərdə qalib gəlib

Nasist Almaniyasının lideri Adolf Hitlerin adaşı olan siyasətçi Namibiyadakı seçkilərdə qalib gəlib.

Reyting.az
“Daily Mail”-ə istinadla xəbər verir ki, Adolf Hitler Uunona bir sıra küçələrin, yerlərin və insanların hələ də alman adları daşıdığı keçmiş Almaniya koloniyasında səslərin 85 faizini toplayıb.

Hakim partiya SWAPO (Cənubi-Qərbi Afrika Xalq Təşkilatı) siyahısında yer alan Adolf Hitler nasist ideologiyası ilə "heç bir əlaqəsi olmadığını" söyləyib. “Atam mənə bu adamın adını verdi. Yəqin ki, Adolf Hitlerin nəyi təmsil etdiyini anlamadı. Uşaqlıqda bunun tamamilə normal bir ad olduğunu düşünürdüm. Yalnız bir gənc olaraq anladım ki, bu adam bütün dünyanı fəth etmək istəyib”.

Naminiyalı siyasətçi arvadının onu Adolf adlandırdığını, ancaq adətən Adolph Uunona adlandığını açıqlayıb. Adı rəsmi olaraq dəyişdirməyin çox gec olacağını qeyd edən qalib namizəd deyib: "Bu ad dünya hökmranlığına can atdığım anlamına gəlmir".

Siyasətçi, son seçkilərdə rəqibinə 213 səs verildiyi halda, 1196 səs qazanıb. Qələbə ona regional şurada yer verib. Bir vaxtlar Alman Cənubi-Qərbi Afrikası kimi tanınan Namibiya 1884-cü ildən imperiya Birinci Dünya müharibəsinə qədər Almaniya müstəmləkəsi idi.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}