XİN başçısı: “Həll olunmamış münaqişələrin necə yüksək risklərinin olduğunu gördük"
Tarix: 03-12-2020 17:09 | Bölmə: Dünya
XİN başçısı: “Həll olunmamış münaqişələrin necə yüksək risklərinin olduğunu gördük"

“Dağlıq Qarabağdakı gərginlik və münaqişənin səbəb olduğu faciəvi insan itkiləri həll olunmamış münaqişələrin necə yüksək risklərinin olduğunu bizə bir daha göstərdi”.

Bunu İsveçin xarici işlər naziri Ann Linde ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.

“Atəşkəs razılaşmasını nəzərə alaraq biz ümid edirik ki, ATƏT-in Minsk qrupunun himayədarlığı altında danışıqlar dayanıqlı sülhün əldə olunması ilə nəticələnə bilər və daha çox itkilərin verilməsinin qarşısı alınar. Bu faciəvi hadisə bizə xatırlatmalıdır ki, nə üçün Gürcüstan və Moldovadakı münaqişlər bizim diqqətimizi və siyasi öhdəliyimiz tələb edir”, - deyə Ann Linde vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}