09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
4 milyondan çox rusiyalının ölkədən çıxışına məhdudiyyət qoyulub
Tarix: 06-12-2020 12:58 | Bölmə: Dünya
4 milyondan çox rusiyalının ölkədən çıxışına məhdudiyyət qoyulub

Borc səbəbindən xaricə səyahət edə bilməyən Rusiya vətəndaşlarının sayı sayı il ərzində 20 fazi artıb. Reyting.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Məhkəmə Qərarlarının İcrası Xidmətindən bildirilib.

Məlumata görə, 1 noyabr tarixindən etibarən Rusiyadan çıxma hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qüvvədə olan fərmanların sayı 4,1 milyon təşkil edib. Bu, bir il əvvəl 3,4 milyon olub. Eyni zamanda, bu ilin yalnız 10 ayı ərzində məhkəmə icraçıları 7,5 milyon belə qərar qəbul ediblər.

Məhkəmə icraçıları bunu effektiv hesab edir və borclarını ödəməyənlərin xaricə səyahətlərin müvəqqəti məhdudlaşdırmağı təsirli tədbir sayırlar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər