09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Hindistanda naməlum xəstəlik yayılır: 315 nəfər xəstəxanaya yerləşdirilib
Tarix: 07-12-2020 10:45 | Bölmə: Dünya
Hindistanda naməlum xəstəlik yayılır: 315 nəfər xəstəxanaya yerləşdirilib

Cənubi Hindistanın Andhra-Pradeş ştatında 315 nəfər naməlum xəstəlikdən xəstəxanaya yerləşdirilib, bir nəfər isə ölüb.

Reyting.az
-ın məlumatına görə, bu barədə “The Hindu” xəbər yayıb.

Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərdən 46-sı uşaq, 70-i qadındır. Xəstələrdə huşunu itirmə, başgicəllənmə, baş ağrısı və epilepsiya simptomları müşahidə olunur.

Bir çoxunda vəziyyət stabil olaraq qalır. Xəstələrdə koronavirus aşkarlanmayıb.

“Xəstəliyin törədicisi müəyyən edilməyib”, - deyə yerli səhiyyə orqanlarının nümayəndələri bildiriblər.

Ehtimal edilir ki, havanın çirklənməsi və ya keyfiyyətsiz məhsulların istifadəsi nəticəsində kütləvi yoluxma baş verib.(Virtualaz.org)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər