09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Roma Papası İraqa səfər edəcək
Tarix: 07-12-2020 18:17 | Bölmə: Dünya
Roma Papası İraqa səfər edəcək

Roma Papası Fransisk 2021-ci ilin martında İraqa səfər edəcək.

“RİA Novosti” xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın (Vatikan) Mətbuat xidmətinin rəhbəri Matteo Bruni deyib.

“İraq Respublikası və yerli katolik kilsəsinin dəvətini qəbul edərək Papa Fransisk 2021-ci il martın 5-dən martın 8-dək bu ölkəyə səfər edəcək”, - o bildirilib.

M.Bruninin sözlərinə görə, Papanın səfərinin proqramı bir müddət sonra açıqlanacaq. Bununla belə, onun paytaxt Bağdad, həmçinin Ərbil, Mosul və Qaraqoş şəhərlərində xristian dini ilə bağlı mərkəzləri ziyarət edəcəyi gözlənilir/Report.

Qeyd edək ki, 2018-ci ilin noyabrında Papa İraqın o vaxtkı yeni prezidenti Bərham Salehi qəbul etmişdi.




Bölməyə aid digər xəbərlər