09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Əli Mütəhhəri: "İranın Qarabağ münaqişəsinə əvvəlki mövqeyini dəfələrlə tənqid etmişəm"
Tarix: 09-12-2020 15:26 | Bölmə: Dünya
Əli Mütəhhəri: "İranın Qarabağ münaqişəsinə əvvəlki mövqeyini dəfələrlə tənqid etmişəm"

“Birinci Qarabağla müharibəsində Tehranın konkret mövqeyi yox idi”.

Reyting.az
“Perspektiv Online”-a istinadla xəbər verir ki, bunu İran parlamentinin keçmiş deputatı və İslami Şura Məclisinin sabiq vitse-spikeri Əli Mütəhhəri bildirib.

O deyib: “Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi əsnasında ilk müharibədə İranın dəqiq bir mövqeyi yox idi. Əslində, daha çox Ermənistan tərəfini tutub, lakin İranın mülki qüvvələri Azərbaycana kömək edib. Qarabağın qanuni olaraq Azərbaycan ərazisi olmasına və Azərbaycan xalqı şiə və İranmeylli olsa da, belə bir xətt izlənilib. Yəni keçmişdə indiki Ermənistan, Azərbaycan və Gürcüstan kimi, İran ərazisi olub”.

Əli Mütəhhəri əlavə edib: “Ancaq iki ölkə arasındakı son müharibədə İran daha doğru mövqe tutub və Azərbaycanı, Qarabağın Azərbaycana birləşdirilməsini müdafiə edib. Hətta İran lideri də bu mövqeyi açıq elan edib.

Mən İranın münaqişəyə əvvəlki münasibətini dəfələrlə tənqid etmişəm”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər