09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Münhen Təhlükəsizlik Konfransı pandemiyaya görə keçirilməyəcək
Tarix: 09-12-2020 16:45 | Bölmə: Dünya
Münhen Təhlükəsizlik Konfransı pandemiyaya görə keçirilməyəcək

Münhen Təhlükəsizlik Konfransı COVID-19 pandemiyasına görə keçirilməyəcək.

"RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə Konfransın sədri Volfqanq İşinger bildirib.

"Davam edən pandemiya 19-21 fevral 2021-ci il tarixində keçirilməsi planlaşdırılan Münhen Təhlükəsizlik Konfransını keçirməyimizə imkan vermir. Konfransın tarixini tez bir zamanda müəyyənləşdirmək üçün tərəfdaşlarımızla işimizi davam etdirəcəyik", - deyə sədr vurğulayıb.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı ənənəvi olaraq fevral ayında Münhen şəhərində keçirilir. Forum dünya liderlərini, siyasətçiləri və mütəxəssisləri beynəlxalq siyasətin aktual məsələlərini müzakirə etmək üçün bir araya gətirir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər