09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Çində hazırlanan yeni koronavirus dərmanı 86 faizlik səmərə göstərib
Tarix: 12-12-2020 18:30 | Bölmə: Dünya
Çində hazırlanan yeni koronavirus dərmanı 86 faizlik səmərə göstərib

Çin Milli Biotex Qrupu (CNBG) şirkəti 2021-ci ildə koronavirusa qarşı peyvənd dərmanından 1 milyard doz istehsal etməyi nəzərdə tutur.

Bu barədə CNBG-nin Direktorlar Şurasının sədri Yanq Siaominq bildirib.

O, hazırladıqları yeni koronavirus dərmanının 10 ölkə və regionda keçirilən sınaqlar zamanı 86 faizədək səmərə göstərdiyini diqqətə çatdırıb.

Ekspertin sözlərinə görə, hazırda dünyada koronavirusa qarşı bütövlükdə 212 dərman hazırlanıb ki, bunlardan 48-i könüllülər üzərində sınaqdan keçirilir.

Bundan əvvəl Pekində yerləşən “Sinovac Biotech” şirkəti hazırladığı yeni dərmandan ildə 600 milyon doz istehsal etmək üçün 500 milyon ABŞ dolları məbləğində sərmayə cəlb etdiklərini açıqlamışdı/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər