09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Yaponiyada “quş qripi” yayılan əyalətlərin sayı 10-a çatıb
Tarix: 13-12-2020 09:34 | Bölmə: Dünya
Yaponiyada “quş qripi” yayılan əyalətlərin sayı 10-a çatıb

Yaponiyanın Siqa əyalətində “quş qripi” aşkarlanıb.

“Kyodo” agentliyinin məlumatına görə, bununla da bu il “quş qripi” aşkarlanan əyalətlərin sayı 10-a çatıb.

Yaponiya Kənd Təsərrüfatı, Meşə və Balıq Ovu Nazirliyi “quş qripi” probleminə həsr olunmuş iclas keçirib və Siqa əyalətinə “quş qripi” ilə mübarizədə dəstək veriləcəyini açıqlayıb.

Bundan əvvəl Kaqava, Miyadzaki, Nara, Fukuoka, Xyoqo, Oita, Xirosima, Vakayama və Okayama əyalətlərində “quş qripi” aşkarlanıb. Bununla əlaqədar 2,5 milyondan çox toyuq məhv edilib.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər