09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Gürcüstan pandemiyanın pik dövrünü geridə qoyub
Tarix: 14-12-2020 14:07 | Bölmə: Dünya
Gürcüstan pandemiyanın pik dövrünü geridə qoyub

“Gürcüstan koronavirus pandemiyasının pik dövrünü artıq keçib”.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, ölkədə məhdudlaşdırıcı tədbirlər ilk nəticələrini verib.

Baş epidemioloq yoluxma hallarında azalmanın qeydə alınmasına baxmayaraq, arxayınlıq üçün əsasın olmadığını deyib.

A.Qamkrelidze ölkə üzrə tibbi maskadan istifadə göstəricisinin 65%-ə çatsa da, bunun yetərli olmadığını qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər