09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Almaniyada bu gündən tam qapanma tətbiq olunur
Tarix: 16-12-2020 15:35 | Bölmə: Dünya
Almaniyada bu gündən tam qapanma tətbiq olunur

Almaniyada bu gündən etibarən koronavirus pandemiyasını nəzarətdə saxlamaq üçün bütün ölkəni əhatə edən qapanmanın tətbiqinə başlanılıb.

Buna səbəb koronavirusa gündəlik yoluxmanın 20 mini keçməsidir.

Ölkənin Şimali Reyn Vestifaliya şəhərində komendant saatı olmasa da, digər əyalətlərdəki kimi, burada da böyük ticarət mərkəzləri, restoranlar, əyləncə mərkəzləri, gözəllik salonları yanvarın 10-dək bağlanıb. İndi bu əyalətdə bağlı qalacaq obyekt sahibləri və işçilərinin yardımla bağlı müraciətlərinə baxılıb, bir qisminə ödənişlər olunub/Report.




Bölməyə aid digər xəbərlər