12:50 / 28-11-2024
Dövlət borcu açıqlanıb
12:08 / 28-11-2024
Sabah yağış yağacaq
09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Rusiyadan ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaya reaksiya: "Vaşinqton ədalətli rəqabət apara bilmir"
Tarix: 16-12-2020 19:56 | Bölmə: Dünya
Rusiyadan ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaya reaksiya: "Vaşinqton ədalətli rəqabət apara bilmir"

“ABŞ-ın Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemləri almasına görə sanksiya tətbiq etməsi Vaşinqtonun ədalətli rəqabət apara bilmədiyini bir daha göstərir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Bu, qaydalara uyğun oynayaraq rəqabətə tab gətirməyin mümkünsüzlüyünün növbəti təzahürüdür. Hər nə qədər qanundan kənar olsa da, özümüz üçün bəzi rəqabət üstünlüklərini təmin etməkdən ötrü əlavə addımlar atmaq lazımdır. Bunlara həm də hərbi sənaye kompleksi xətti üzrə birtərəfli sanksiyalar da daxildir", - deyə Rusiya XİN rəsmisi vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər