12:08 / 28-11-2024
Sabah yağış yağacaq
09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Co Bayden: "Oğlum heç bir vergi cinayəti törətməyib"
Tarix: 17-12-2020 09:40 | Bölmə: Dünya
Co Bayden: "Oğlum heç bir vergi cinayəti törətməyib"

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden əmindir ki, onun oğlu Xanter Bayden heç bir vergi cinayəti törətməyib.

Bu barədə “The Hill” nəşri məlumat yayıb.

"Mən buna əminəm", - Bayden jurnalistin onun oğlunun vergi pozuntusuna yol verməməsi barədə sualına cavabında deyib.

Daha əvvəl Xanter Bayden bildirib ki, onun barəsində Delaver ştatında araşdırma başlanıb. Xanter Baydenin sözlərinə görə, onun tərəfindən ödənmiş vergilərlə bağlı araşdırma aparılır. Dövlət orqanının əməkdaşları isə vergi pozuntularına dair əsaslı şübhələrin olduğunu iddia edirlər/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər