12:08 / 28-11-2024
Sabah yağış yağacaq
09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Türkiyə XİN başçısı: "S-400 məsələsində geri addım atmayacağıq”
Tarix: 17-12-2020 12:47 | Bölmə: Dünya
Türkiyə XİN başçısı: "S-400 məsələsində geri addım atmayacağıq”

“ABŞ-ın Türkiyəyə qarşı sanksiya qərarı hüquqi və siyasi baxımdan səhv bir addımdır. Bu, bir ölkənin birtərəfli qaydada qəbul etdiyi qərardır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.

O ABŞ-ın sanksiya qərarını Türkiyənin suverenliyinə hücum kimi qiymətləndirib.

Türkiyə XİN başçısının sözlərinə görə, ölkəsi S-400 hava hücumundan müdafiə sistemini Rusiyadan CAATSA-dan (Countering America's Adversaries Through Sanctions Act - "Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət" haqda qanun) əvvəl alıb və buna görə də sanksiya tətbiq edilə bilməz: “Beynəlxalq hüququ hamı, o cümlədən də ABŞ yaxşı bilir. Bu işlər “Mən belə istəyirəm” deməklə olmaz. ABŞ-ın sanksiya qərarı həm də öz müttəfiqinə qarşı yol vermiş olduğu bir səhvdir”.

M. Çavuşoğlu S-400-lə bağlı NATO Baş katibinin mövqeyini obyektiv hesab etdiyini vurğulayıb: “O, bu məsələdə müttəfiqimiz ABŞ-ın narahatlığını bizə bildirirdi. Amma digər tərəfdən NATO Baş katibi deyirdi ki, hər bir müttəfiq müdafiə məsələsində öz ehtiyaclarını hər hansı bir yerdən təmin edə bilər. Biz də dedik ki, ABŞ-ın texniki məsələlərlə bağlı qayğıları varsa, NATO çərçivəsində türk və amerikalı mütəxəssislərdən ibarət bir qrup yaradılsın və onlar bu narahatlıqları araşdırsınlar. Bu təklifi isə ABŞ qəbul etmədi. Türkiyə S-400-lə bağlı məsələdə geri addım atmayacaq”/apa.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər