12:08 / 28-11-2024
Sabah yağış yağacaq
09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Türkiyə Müdafiə Sənayesi İdarəsinin direktoru: “S-400 bir nömrəli müdafiə sistemidir”
Tarix: 17-12-2020 13:40 | Bölmə: Dünya
Türkiyə Müdafiə Sənayesi İdarəsinin direktoru: “S-400 bir nömrəli müdafiə sistemidir”

"ABŞ-ın birtərəfli qaydada Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar Milli Müdafiə Nazirliyi, Türk Silahlı Qüvvələri, təhlükəsizlik qüvvələrimizə təsir etməyəcək”.

Bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir “Anadolu” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, ABŞ-ın sanksiya qərarı müttəfiqlik ruhuna uyğun deyil.

İ. Dəmirin sözlərinə görə, bu sanksiya onların fəaliyyətinə ciddi əngəl törətməyəcək: “Bizim qurum alqı-satqı yox, layihə həyata keçirir. Birbaşa ixrac etmək səlahiyyətimiz yoxdur. Bizim işimiz müdafiə sənayesi şirkətləri üzərindən icra olunur. Yəni bu sanksiyanın bizə əsaslı təsiri olmayacaq. Amma bu o demək deyil ki, biz dayanacağıq, əksinə biz daha aktiv fəaliyyət göstərəcəyik”.

Direktor qeyd edib ki, Rusiyadan aldıqları S-400 öz sinfində 1 nömrəli hava hücumundan müdafiə sistemidir.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə, o cümlədən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə qarşı sanksiya tətbiq edib. ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, Türkiyəyə qarşı sanksiya Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alındığı üçün tətbiq olunub/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər