12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Aİ Şurasının prezidenti özünü təcrid edəcək
Tarix: 17-12-2020 15:26 | Bölmə: Dünya
Aİ Şurasının prezidenti özünü təcrid edəcək

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel özünü təcrid edəcək.

Bu barədə Aİ Şurası prezidentinin mətbuat katibi Barend Leyts "Twitter"də məlumat verib.

O bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 60 illiyi münasibətilə Şarl Mişel dekabrın 14-də Parisə səfər edib və Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Lakin bu görüşdə o, E. Makronla yaxın təmasda olmayıb.

Mətbuat katibi qeyd edib ki, Aİ Şurasının prezidenti davamlı olaraq koronavirus testindən keçir. O, sonuncu dəfə 15 dekabrda test verib və nəticə neqativ olub. Lakin buna baxmayaraq, ilkin tədbir olaraq Ş. Mişel bir neçə gün özünü təcrid edəcək.

Qeyd edək ki, Yelisey sarayı E. Makronun koronavirus analizinin nəticəsinin pozitiv olduğunu və onun özünü 7 gün təcrid edəcəyini bəyan edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər