12:08 / 28-11-2024
Sabah yağış yağacaq
09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Çavuşoğlu: “Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimiz davam edəcək”
Tarix: 18-12-2020 17:23 | Bölmə: Dünya
Çavuşoğlu: “Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimiz davam edəcək”

Ukraynada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar Ukraynanın Baş naziri Denis Şmıqal ilə görüşüblər.

Görüşdə M. Cavuşoğlu deyib ki, Türkiyə Ukrayna ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır.

Görüş çərçivəsində hər iki ölkəyə məxsus şirkətlərin qarşılıqlı dəstək təminatının gücləndirilməsi məsələsinə toxunan Türkiyə XİN başçısı FETÖ terror təşkilatı ilə mübarizədə Ukraynadan dəstək gözlədiklərini vurğulayıb.

O qeyd edib ki, Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi davam edəcək.

Baş nazir D. Şmıqal Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib. O qeyd edib ki, Türkiyənin Krım və Donbassla bağlı mövqeyi təqdirəlayiqdir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər