12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Koronavirusun yeni növü Braziliyada da aşkarlanıb
Tarix: 23-12-2020 08:43 | Bölmə: Dünya
Koronavirusun yeni növü Braziliyada da aşkarlanıb

Böyük Britaniyada sürətlə yayılan koronavirusun yeni növ ştammını braziliyalı alimlər Rio-de-Janeyro ştatında da aşkar ediblər.

Reyting.az
-ın məlumatına görə, bu barədə "Qlobo" qəzeti bildirib.

Milli Elmi Hesablama Laboratoriyasının qrup rəhbəri Ana Tereza Vaşkonseluş deyib ki, bu mutasiyanın yüksək təhlükə yaratdığına dair sübutları yoxdur: “Lakin bu, virusun ştat ərazisində intensiv yayılmasından, eləcə də sosial məsafə tədbirlərinin və nəzarətin nə qədər vacib olduğundan xəbər verir. Söhbət artıq ölkədə geniş yayılmış B.1.1.28 növünün mutasiyasından gedir”.

Britaniyada aşkarlanan ştammda olduğu kimi, Rio-de-Janeyroda aşkar olunmuş koronavirusun yeni növünün 94 faiz nümunələrində eyni mutasiya cəmlənib. Alimlər bu növ infeksiyanın Rio-de-Janeyroda iyul ayında ortaya çıxdığını, ancaq sonradan onun izlərinə ştatın 19 müxtəlif şəhərində də rast gəlindiyini dəqiqləşdiriblər.

İlk infeksiyaya yoluxma halı 26 fevralda təsdiqləndiyi Braziliya, ən çox yoluxmuş ölkələr siyahısında ABŞ və Hindistandan sonra üçüncü yeri tutur (7,318,821). Ölənlərin sayına görə (188.259) ABŞ-dan sonra ikinci yerdədir. Ötən həftə ölkədə pandemiya başlayandan rekord 333.028 yoluxma və 5.233 ölüm hadisəsi qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər