12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Ərdoğan:"Türkiyə sanksiya və böhtanlara boyun əyməyəcək"
Tarix: 23-12-2020 14:56 | Bölmə: Dünya
Ərdoğan:"Türkiyə sanksiya və böhtanlara boyun əyməyəcək"

"Türkiyənin sanksiya və böhtanlara boyun əyməyəcək ölkə olduğunu artıq hər kəs dərk etməlidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələn ildən etibarən Türkiyə ABŞ və Avropa İttifaqı ilə münasibətlərində yeni bir səhifə açmağı arzulayır.

“Türkiyə həm Şərqi Aralıq dənizi, həm də S-400 məsələsində haqq etmədiyi ədalətsizliklə üzləşdi”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenin də Türkiyə-ABŞ əlaqələrinə lazım olan dəstəyi verəcəyinə inandığını vurğulayıb: “Bizə sarı bir addım gələnə, biz qaçaraq getdik və gedəcəyik”.

Türkiyə Prezidenti onu da qeyd edib ki, ölkəsi Qərb ölkələri ilə bərabər, Şərq ölkələri ilə də əlaqələrini inkişaf etdirmək niyyətindədir: “Avropa İttifaqı və ABŞ-la münasibətlərimizi inkişaf etdirərkən nə türk dünyasını, nə Asiyanı, nə də Afrikanı unudarıq. Uzatdığımız əli tutan bütün dostlarımızla birgə çalışmağı, xüsusilə regiondakı gərginliklərin azaldılması üçün fəaliyyətlərimizi davam etdirəcəyik”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər