12:15 / 07-09-2025
Sabah yağış yağacaq
09:13 / 07-09-2025
Bu gün əlavə imtahandır
15:09 / 05-09-2025
Kabab qonaqlığı - Hekayə
Türkiyənin Gürcüstandakı səfiri XİN-ə çağırılıb
Tarix: 23-12-2020 16:01 | Bölmə: Dünya
Türkiyənin Gürcüstandakı səfiri XİN-ə çağırılıb

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Səfirin XİN-ə dəvət olunması Türkiyənin iri banklarının Gürcüstanın işğal altında olan Abxaziya bölgəsində xidmətlər göstərməyə başlamasına dair yayılan məlumatlarla bağlı olub.

F.C.Yazqan bildirib ki, XİN nümayəndələri ilə məsələni müzakirə edib: “Türkiyə Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və işğal altında olan ərazilərdə maliyyə xidmətlərinin göstərilməsinə heç zaman razılıq verə bilməz”/Report.




Bölməyə aid digər xəbərlər