12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Yaponiyada COVİD-19-un yeni mutasiyası aşkarlanıb
Tarix: 25-12-2020 18:41 | Bölmə: Dünya
Yaponiyada COVİD-19-un yeni mutasiyası aşkarlanıb

Yaponiya COVİD-19-un mutasiyaya uğradığını təsdiqləyib. İngiltərədən bu ölkəyə gələn 5 nəfərin testi pozitiv çıxıb və bu şəxslər karantinə alınıb.

Reyting.az
xəbər verir ki, Cənubi Afrika və İngiltərədə rast gəlinən və daha sürətlə yayılan koronavirusun yeni növünə Yaponiyada rast gəlindiyini bu ölkənin səhiyyə naziri Norihisa Tamura xüsusi mətbuat konfransında elan edib.

Nazir bildirib ki, İngiltərədən Yaponiyaya gələn 5 şəxsdə mutasiyaya uğrayan koronavirus aşkarlanıb. Hava limanında xüsusi laboratoriyaya alınan bu şəxlərin testi pozitiv çıxıb və nəticələr Milli Yoluxucu Xəstəliklər İnstitutuna göndərilib. Burada aparılan analizlərin sonunda COVİD-19-un mutasiyaya uğrayan yeni variantı olduğu təsdiqlənib.

Qeyd edilir ki, Yaponiyada indiyə kimi mutasiyaya uğrayan yeni tip koronavirusa rast gəlinməmişdi. Bu virusu ölkəyə dekabrın 21-də daxil olan 5 nəfər gətirib.

Yaponiya Səhiyyə Nazirliyi elan edib ki, mutasiyaya uğrayan virusla bağlı İngiltərə hökuməti ilə fikir mübadiləsi və məsləhətləşmələr həyata keçirir.

Xatırladaq ki, Yaponiya hökuməti ötən həftənin çərşənbə günündən İngiltərədən ölkəyə daxil olan şəxslərin girişinə qadağa qoyub. Yaponiyada işləmək icazəsi olan əcnəbilər və Yaponiya vətəndaşlarının isə ölkəyə daxil olmasına icazə veriləcəyi qeyd edilmişdi.

Yaponiya Baş naziri Y. Suga bəyan edib ki, bu kimi qadağalar Cənubi Afrika üçün də tətbiq ediləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər