16:39 / 28-11-2024
Sabah qar yağacaq
12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Türkiyə ilə Böyük Britaniya arasında müqavilə imzalanıb
Tarix: 29-12-2020 17:21 | Bölmə: Dünya
Türkiyə ilə Böyük Britaniya arasında müqavilə imzalanıb

Türkiyə ilə Böyük Britaniya arasında azad ticarət sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Bunu Türkiyənin ticarət naziri Rühsar Pekcan deyib.

Nazir bildirib ki, bu, "Brexit" sazişi ləğv edildikdən sonra Türkiyə ilə Britaniya arasında ilk sərbəst ticarət sazişidir: "Bu razılaşma olmasaydı, Böyük Britaniyaya ixrac etdiyimiz məhsulların 75%-ə qədəri vergi tutulmaları səbəbindən 2,4 mlrd. dollara yaxın zərərimiz olacaqdı. Ötən il ixracımız 11,2 mlrd. dollar, idxalımız isə 5,6 mlrd. dollar olub. Türkiyənin məhsul ixracatında Almaniyadan sonra Böyük Britaniya ikinci yerdədir".

Pekcan sənədin önəmini vurğulayaraq bildirib ki, bu saziş iki ölkə arasında mövcud iqtisadi və ticarət əlaqələrinin çərçivəsinin qorunması və inkişafı mövzusunda hökumətlərarası ortaq anlayışın uğurlu nəticəsidir.

Nazir sənədin 1 yanvar 2021-ci il tarixdən qüvvəyə minəcəyini deyib.

Telekonfrans yolu ilə reallaşdırılan tədbirdə Britaniyanın ticarət naziri Liz Trass bildirib ki, iki ölkə arasında bu əməkdaşlıq bütün sahələrdə, xüsusilə xidmət və texnologiya sektorlarına böyük töhfələr verəcək/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər