09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Gürcüstanda məhdudiyyətlərin tətbiqi müddəti 6 ay uzadılıb
Tarix: 29-12-2020 18:33 | Bölmə: Dünya
Gürcüstanda məhdudiyyətlərin tətbiqi müddəti 6 ay uzadılıb

Gürcüstan hökumətinin pandemiya dövründə ölkədə fövqəladə vəziyyət elan etmədən məhdudiyyətlər tətbiq etmək səlahiyyəti 6 ay müddətinə uzadılıb.

Reyting.az
Repoort-a istinadla xəbər verir ki, Gürcüstan parlamenti “İctimai sağlamlıq” haqqında qanuna düzəlişləri yekdilliklə dəstəkləyib.

Düzəlişlərə əsasən, hökumət 2021-ci ilin iyulun 1-dək məhdudlaşdırıcı tədbirləri həyata keçirmək səlahiyyətinə malik olacaq.

Qeyd edək ki, cari ilin iyulunda hökumətə bu səlahiyyət 2021-ci ilin yanvarın 1-dək verilmişdi.




Bölməyə aid digər xəbərlər