12:08 / 28-11-2024
Sabah yağış yağacaq
88 yaşında koronavirusu 2 dəfə məğlub edib - Foto
Tarix: 01-01-2021 19:34 | Bölmə: Dünya
88 yaşında koronavirusu 2 dəfə məğlub edib

Antalyada 88 yaşındakı Ali Arıtürk, 2 dəfə tutulduğu koronavirusu məğlub edib və sağlamlığına qovuşub.

Reyting.az
Türkiyə KİV-nə istinadla bildirir ki, oğlu Erkan Arıtürk, atasının xroniki bir xəstəliyi olmadığını və yaxşı bir yemək və içmək vəziyyəti olduğunu söyləyib. Arıtük, "Atamdan ümidliyik, inşallah ayağa qalxıb yeriyəcək", - deyib.

Korkuteli məhəlləsində yaşayan Ali Arıtürk, qan təzyiqindən beyin qanaması səbəbiylə oktyabrın 25-də Korkuteli Dövlət Xəstəxanasına aparılıb. Qismən iflic əlamətləri ilə Arıtürk Antalyadakı xüsusi bir xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.

22 günlük müalicədən sonra Arıtürk evə buraxılıb. Müalicəsi evdə davam etdirilən Ali Arıtürkün şübhəli koronavirusu üzərində aparılan COVID-19 testi müsbət olub. Evdə müalicəyə başlayan Arıtürk xəstəlikdən xilas olub. Qısa müddət sonra öskürək şikayəti ilə getdiyi sinə xəstəlikləri poliklinikasında COVID-19 testi ikinci dəfə pozitiv olan Arıtürk, Korkuteli Dövlət Xəstəxanasında müalicə edilib. Müalicə ilə sağalan Arıtürk 2 gün əvvəl evə buraxılıb.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər