09:13 / 07-09-2025
Bu gün əlavə imtahandır
15:09 / 05-09-2025
Kabab qonaqlığı - Hekayə
Həkim "Pfizer" peyvəndi vurulandan sonra xəstəxanaya düşüb
Tarix: 03-01-2021 00:00 | Bölmə: Dünya
Həkim "Pfizer" peyvəndi vurulandan sonra xəstəxanaya düşüb

Meksikada "Pfizer" və "BioNTech" koronavirus peyvəndi vurulan həkim xəstəxanaya yerləşdirilib.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“COVID-19-a qarşı "Pfizer" və "BioNTech" peyvəndi vurulandan yarım saat sonra 32 yaşlı həkimdə dəri qaşınması, qıcolma, əzələ zəifliyi və nəfəs darlığı yaranıb”, - məlumatda vurğulanır.

Həkimlər qadının vəziyyətini stabil qiymətləndirib və ona “ensefalomiyelit” ilkin diaqnozu qoyublar. Səhiyyə Nazirliyi həkimin vəziyyətinin pisləşmə səbəbini araşdırır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dekabrın 31-də "Pfizer"/"BioNTech" koronavirus peyvəndini təcili istifadə üçün tövsiyə olunan dərmanlar siyahısına əlavə edib.




Bölməyə aid digər xəbərlər