16:39 / 28-11-2024
Sabah qar yağacaq
ABŞ kəşfiyyatı koronavirusun yayılma sirrini araşdırıb
Tarix: 03-01-2021 15:02 | Bölmə: Dünya
ABŞ kəşfiyyatı koronavirusun yayılma sirrini araşdırıb

ABŞ-ın hazırkı prezidenti Donald Trampın administrasiyası COVID-19 pandemiyasının ən çox ehtimal olunan səbəbinin Çindəki bir laboratoriyadan koronavirusun sızması olduğunu düşünür.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, bunu Donald Trampın milli təhlükəsizlik üzrə müşavirinin müavini Mettyu Pottincer deyib.

Onun sözlərinə görə, son kəşfiyyat məlumatı, əvvəllər koronavirusun ortaya çıxmasının ilk mənbəyi sayılan bazardan 11 mil məsafədə yerləşən çox gizli Uhan Virusologiya İnstitutundan bir virus sızıntısına işarə edir.

Bildirilir ki, məlumatın mənbəyi əvvəllər Uhandakı laboratoriyada işləmiş və sonradan Çindən ABŞ-a qaçmış çinli alim ola bilər.

Qeyd edək ki, məsələ ilə bağlı ətraflı məlumat verilmir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər