16:39 / 28-11-2024
Sabah qar yağacaq
12:08 / 28-11-2024
Sabah yağış yağacaq
İran generalları: “ABŞ-dan intiqam alınacaq”
Tarix: 03-01-2021 18:29 | Bölmə: Dünya
İran generalları: “ABŞ-dan intiqam alınacaq”

Ötən il, yanvarın 3-də Bağdad hava limanı yaxınlığında sui-qəsd nəticəsində öldürülən İran İnqilab Keşikçiləri Korpusunun Qüds briqadasının komandanı, general Qasim Süleymaninin intiqamının alınacağı bəyan olunub.

Reyting.az
xəbər verir ki, bunu İranın iki generalı bu gün Tehran Universitetində çıxışları zamanı bəyan ediblər.

İran Müdafiə naziri Əmir Hatəmi bəyan edib ki, İranın Süleymaninin qanından alacağı böyük intiqam ABŞ güclərini bölgənin kənarına çıxarması olacaq.


Q. Süleymani

İranın Qüds briqadasının komandanı general İsmayıl Qəni isə bəyan edib ki, Süleymaninin intiqamı ABŞ daxilindən də alına bilər: “Evinizin içi (ABŞ) daxil olmaqla işlətdiyiniz cinayətin qarşılığını verəcək şəxslərin olması mümkündür”.

ABŞ prezidenti Donald Trampı hədəfə alan general Qəni bəyan edib ki, şəhid Süleymani alçaq cinayəti işləyən dünyanın ən qəddar və kirli adamı tərəfindən sui-qəsdə uğrayıb.

Xatırladaq ki, bu gün İraqda da Q. Süleymani ilə bağlı anım törənləri təşkil olunub.

İsrail və ABŞ isə öncədən bəyan ediblər ki, İran yaxın günlərdə hansısa addımlar ata bilər.

İsrail ordusu elan edib ki, İraqda milis gücləri və Yəməndəki Husilərin raket və ya dronlarla hücumuna qarşı hazırlıq görüb. İsraildə hesab edirlər ki, İran ona bağlı olan bu qüvvələr vasitəsilə hansısa addımlar ata bilər.

ABŞ prezidenti Donald Tramp isə ötən gün qış tətili üçün getdiyi Florida ştatından qəfil Vaşinqtona qayıdıb.

ABŞ mediası prezidentin tətilini dayandıraraq paytaxta dönməsinə bir səbəbi kimi İranın ABŞ-a mümkün intiqam cəhdi ilə əlaqələndirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər