16:39 / 28-11-2024
Sabah qar yağacaq
12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Lukaşenko koronavirusu geosiyasi problem adlandırdı
Tarix: 04-01-2021 13:50 | Bölmə: Dünya
Lukaşenko koronavirusu geosiyasi problem adlandırdı

Belarus prezidenti Aleksandr Lukaşenko koronavirus pandemiyasını geosiyasi problem adlandırıb.

“Seçkilərdən əvvəl ehtimal etdiyim kimi, pandemiya dünya səhnəsindəki əsas oyunçuların dünyanı parçalamağa başlayacağı ilə nəticələnəcək. Tamamilə tibbi problemdən yaranan bir pandemiya, sadəcə iqtisadi deyil, onsuz da geosiyasi bir problemə çevrildi”, - Reyting.az Belarus mediasına istinadla bildirir ki, Lukaşenko ölkənin baş prokuroru ilə görüşdə söyləyib.

Dövlət başçısı koronavirus pandemiyasının “heç vaxt tibbi problem olmadığını” əlavə edib və belarusları bunu nəzərə almağa çağırıb.

"Əzilməmək üçün dəyirman daşlarına düşməməliyik. 2021 asan il olmayacaq və nəyin bahasına olursa-olsun tab gətirməli, suverenliyimizi qorumalıyıq", - dövlət başçısı vurğulayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər