16:39 / 28-11-2024
Sabah qar yağacaq
12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Ukraynada sərt karantin rejimi elan olunub
Tarix: 07-01-2021 20:31 | Bölmə: Dünya
Ukraynada sərt karantin rejimi elan olunub

Ukrayna koronavirus xəstəliyinin kütləvi yayılmasına görə yanvarın 8-dən sərt karantin rejiminə keçib.

Reyting.az
xəbər verir ki, bununla bağlı qərar Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Qərara görə, yanvarın 8-i 00:00-dan yanvarın 25-i 00:00-dək ticarət-əyləncə mərkəzləri, idman zalları, fitnes-mərkəzləri, hovuz və teatrların fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Bar, restoran, kafe və əyləncə obyektlərinə müştərilərin girişi qadağan olunub. Yalnız ərzaq dükanları, apteklər, yanacaq-doldurma məntəqələri, maliyyə obyektləri, yeməklərin daşınması xidmətlərinin fəaliyyəti mümkün olacaq.

Bundan başqa şəhər, şəhərlərarası, vilayət daxili, vilayətlərarası sərnişin daşımalarında oturacaq sayından artıq sərnişin daşınması qadağan edilib. Ali və orta təhsil müəssisələri bu müddətdə qış tətilinə göndərilib. Yalnız uşaq bağçaları adi rejimdə fəaliyyət göstərəcək.

Sərt karantin rejimi bütün ölkə üzrə tətbiq edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər