16:39 / 28-11-2024
Sabah qar yağacaq
Gürcüstanda karantin rejiminin müddəti uzadılıb
Tarix: 11-01-2021 13:43 | Bölmə: Dünya
Gürcüstanda karantin rejiminin müddəti uzadılıb

"Gürcüstanda koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlər fevralın 1-dək qüvvədə saxlanılacaq".

Bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava brifinqdə bildirib.

Onun sözlərinə görə, həmin tarixədək biznes sektoru və nəqliyyatın fəaliyyətinin təhlükəsiz şəraitdə bərpası ilə bağlı görüşlər keçiriləcək.

Nazir qeyd edib ki, səhiyyə sektoru və hökumətin birgə səyləri ilə ölkədəki epidemioloji vəziyyətin sabitləşməsinə nail olunub.

Qeyd edək ki, qonşu ölkədə məhdudiyyətlər ötən ilin noyabrın 28-dən tətbiq olunur. Yanvarın 16-dan etibarən şəhər və şəhərlərarası nəqliyyatın hərəkətinin, ticarət obyektləri, açıq və qapalı bazarların fəaliyyətinin bərpa olunacağı gözlənilirdi/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər