16:39 / 28-11-2024
Sabah qar yağacaq
Adnan Oktara 1075 il 3 ay həbs cəzası verilib
Tarix: 11-01-2021 15:21 | Bölmə: Dünya
Adnan Oktara 1075 il 3 ay həbs cəzası verilib

Türkiyədə “Adnan Oktar mütəşəkkil cinayətkar dəstəsi”nin başçısı, “A9” televiziya kanalının sahibi Adnan Oktarın (Harun Yəhya) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, məhkəmənin hökmü ilə A. Oktar 1075 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinsi istismar, siyasi və hərbi casusluq, işgəncə vermək, böhtan atmaq, rüşvət almaq maddələri ilə ittiham olunan A. Oktar 2019-cu ildə həbs olunub. Dini təriqət lideri olan A. Oktar sahibi olduğu kanalda “Kedicik” adlandırdığı qadınlarla birgə proqram aparıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər