16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Trampın “pul kisəsi” öldü
Tarix: 12-01-2021 17:49 | Bölmə: Dünya
Trampın “pul kisəsi” öldü

ABŞ-ın indiki prezidenti Donald Trampın “pul kisəsi” adlandırılan milyarder, "Las-Veqas" və "Makao" kazinolarının sahibi Şeldon Adelson 88 yaşında vəfat edib.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, ölümün səbəbi Adelsonun əziyyət çəkdiyi limfoma ağırlaşması olub. Onun vətəni İsraildə dəfn ediləcəyi gözlənilir.

Adelsonun varidatı 35 milyard dollar dəyərləndirilir. Onun əsas aktivi Las-Veqasdakı Las Vegas Sands və Çinin xüsusi adminstrativ rayonundakı Makao qumarxanaları idi.

Adelson ayrıca Respublikaçılar Partiyasına və şəxsən səxavətlə sponsorluq etdiyi Trampa verdiyi dəstəyi ilə də tanınırdı.

2020-ci ildə iş adamı partiyanı dəstəkləməyə 430 milyon dollar, ABŞ prezidentini dəstəkləməyə 50 milyon dollar xərcləmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}