14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bayden Trampı iğtişaş salmaqda ittiham edib
Tarix: 14-01-2021 09:53 | Bölmə: Dünya
Bayden Trampı iğtişaş salmaqda ittiham edib

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden güman edir ki, yanvarın 6-da Konqresin binasında qarışıqlıqlar Amerikanın hazırkı lideri Donald Tramp tərəfindən təşkil edilib və planlaşdırılmış xarakter daşıyırdı.

Reyting.az
xəbər verir ki, demokratın müvafiq bəyanatı çərşənbə günü onun keçid komandasının saytında dərc edilib.

"Keçən həftə demokratik sistemimizə görünməmiş hücumun şahidi olduq. Bizim bütün 244 yaşlı tariximizdə buna oxşar heç nə görmədik", - Bayden qeyd edib.

"Bu cinayətkar hücum əlaqələndirilmiş və planlaşdırılmış xarakter daşıyırdı. Onu prezident Trampın təkan verdiyi siyasi ekstremistlər və daxili terrorçular həyata keçirdilər", - siyasətçi hesab edir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}