Türkiyədə bu gün 256 min nəfər peyvənd olunub
Tarix: 14-01-2021 21:42 | Bölmə: Dünya
Türkiyədə bu gün 256 min nəfər peyvənd olunub

“Bu gün ərzində indiyədək 256 min nəfərə peyvənd vurulub”.

Bunu Ankara Şəhər Xəstəxanasında koronavirusa qarşı peyvənd olunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan peyvəndolunma prosesindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ərdoğan deyib ki, peyvənd olunma prosesi 5 dəqiqə, peyvəndə qarşı orqanizmin necə reaksiya vermə müddəti isə 15 dəqiqə olduğu üçün, vaksini qəbul edən hər şəxsə ümumilikdə 20 dəqiqəlik vaxt sərf olunduğuna görə, xəstəxanalar gərgin iş rejimində çalışır.

“Türkiyəyə ilk mərhələdə gələn peyvəndin miqdarı məlumdur. Hazırda ölkəmizdə olan Çin istehsalı olan vaksinlərdir. Sonrakı mərhələdə ölkəyə daha 25-30 milyon dozada peyvənd idxal olunacaq”, deyən Türkiyə Prezidenti vaksin idxalı ilə bağlı Almaniya ilə də danışıqların davam etdiyini vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}